Newscenter.az.18.02.2021. 17 fevral 2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov Vətən müharibəsində yaralanan döyüşçüləri evlərində ziyarət ediblər.
Newscenter.az-a daxil olan xəbərə görə, İsmayıllı şəhərində, Vəng, Balik və Kürdmaşı kəndlərində pandemiya qaydalarına uyğun baş tutan görüşdə qazilərimizlə səmimi söhbətlər edilib. Onlar keçdikləri şərəfli döyüş yolundan bəhs edərək, bu döyüşdə onlara ruh yüksəkliyi, birlik nümunəsi və dəstək göstərən Azərbaycan xalqına, xüsusən də Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla rayon rəhbərinə və Millət Vəkilinə təşəkkürlərini bildiriblər.
RİH başçısı və Millət Vəkili səmimi keçən görüşlərdə qeyd ediblər ki, beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Bunu dünyaya siz qəhrəmanlar nümayiş etdirdiniz. Hər bir ölkə vətəndaşı Azərbaycanın qəhrəmanları ilə qürur duyur.
Məlumat üçün bildiririk ki, görüş qazi ailələri ilə yanaşı şəhid ailəsində də təşkil olunub. Belə ki, 2020-ci il iyul ayının 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş təxribatın qarşısını alan zaman Tovuz rayonu istiqamətində şəhidlik zirvəsinə ucalan Balik kənd sakini Xəyyam Daşdəmirovun ailəsi də ziyarət olunub. Qeyd edək ki, fevral ayının 22-də şəhid Xəyyam Daşdəmirovun doğum günüdür. Rayon rəhbəri və Millət Vəkili şəhidin ailəsinə baş sağlığı verərək, Allahdan rəhmət və ailəsinə səbr diləyiblər. Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov 2020-ci il iyul ayının 13-də doğulduğu Balik kəndində dəfn olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütamadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
Anar