Newscenter.az.18.02.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Newscenter.az-a AQTA-dan bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Dilqəm-20” MMC tərəfindən Rusiya Federasiyasına ixrac olunan müxtəlif çeşidli ədviyyat məhsullarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinə nəticələrinə əsasən məhsullarda bağırsaq çöpləri qrupu bakteriyaları aşkar olunub.
Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, istehlaka yararsız ümumi çəkisi 23.4 kq qurudulmuş kök, 28.4 kq qurudulmuş cəfəri, 79.1 kq toyuq üçün ədviyyat və 87 kq acılı marinad məhsulu partiyası Təhlükəli Tullantılar Poliqonunda məhv edilib.
Orxan