Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhlükəli və saxta koronavirus peyvəndləri aşkarlandı



Newscenter.az.18.02.2021. Meksikada saxta koronavirus vaksinləri aşkarlanıb.

Newscenter.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib.

Ölkənin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin yaydığı məlumata görə, saxta preparat Nuevo-Leon ştatında aşkarlanıb.

Nazirlikdə əlavə ediblər ki, bununla bağlı araşdırma aparılıb. Yoxlama nəticəsində altı nəfər saxlanılıb.

"İmmunizasiyanın bu tipinin tətbiqi əhalinin sağlamlığını təhlükə altına alır", - nazirlikdə vurğulayıblar.

Nazirlik həmçinin vətəndaşları ayıq-sayıq olmağa və yalnız dövlət mərkəzlərində peyvənd edilməyə çağırıblar.

Anar TAGIYEV
Xəbəri paylaş