Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dənizçilər Poliklinikası” ləğv olunur



Newscenter.az.19.02.2021. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər poliklinikası” MMC-nin ləğv olunmasına başlanılıb.

“Report” xəbər verir ki, bununla əlaqədar şirkətin direktoru Fəxrəddin Abdullayev vəzifəsindən azad edilib, ləğv prosesi isə İsmayıl Hüseynova həvalə olunub.

Xatırladaq ki, sözügedən şirkət vaxtilə ASCO-nun balansında olmuş, sonradan isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) təhvil verilmiş, hazırda Dövlət Gömrük Komitəsinin balansında olan “Mərkəzi Dənizçilər Xəstəxanası”nın idarə edilməsi məqsədi ilə yaradılıb.
Xəbəri paylaş