Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Plastik kart oğruları həbs edilib



Newscenter.az.19.02.2021. DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə, 11 noyabr 2020-ci il tarixində Quba rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarının birində işləyən S.Davudov Quba Rayon Polis Şöbəsinə müraciət edərək, iş otaqında olan çantasından balansında 2051 manat pul olan plastik kartının naməlum şəraitdə oğurlanması barədə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisə Siyəzən rayon sakini Pərviz Qubatov tərəfindən törədildiyi müəyyən edilib və hal-hazırda həmin şəxsin Oğuz rayonu ərazisində yerləşən şirkətlərin birində işlədiyi dəqiqləşdirilib.
Quba və Oğuz RPŞ-nin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat tədbirləri ilə P.Qubatov işlədiyi məntəqədə saxlanılaraq istintaqa təqdim olunub.

Dindirilmə zamanı o törətdiyi oğruluq əməli etiraf edərək, kartda olan 2051 manat pulu digər rayonların ərazisində yerləşən bankomatlardan çıxararaq xərclədiyini bildirib.

Faktla bağlı P.Qubatov barəsində Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Mehman
Xəbəri paylaş