Newscenter.az.3.03.2021. ABŞ-ın Maliyyə Nazirliyi Birləşmiş Ştatların sanksiya tətbiq etdiyi rusiyalıların siyahısını dərc edib.
Bu barədə “Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir.
Sanksiyalar siyahısına Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikov, baş prokuror İqor Krasnov, müdafiə nazirinin müavini Pavel Popov, müdafiə nazirinin digər müavini Aleksey Krivoruçko, Kreml Administrasiyası rəhbərinin birinci müavini Sergey Kirienko və Kremlin Daxili Siyasət İdarəsinin rəhbəri Andrey Yarinin adları salınıb.
Qeyd edək ki, ABŞ müxalifət lideri Sergey Navalnının işinə görə Rusiyaya sanksiyalar tətbiq edib. Sanksiyalardan sonra Birləşmiş Ştatlar Rusiyaya yalnız zəruri hallarda humanitar yardım edəcək. Yeni qərar digər formalarda yardımları qadağan edir.