Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft kəskin bahalaşıb



Newscenter.az.4.03.2021. Dünya bazarında “qara qızıl” ın qiyməti kəskin bahalaşıb.

“Report”un məlumatına görə, martın 4-də OPEC+ formatının iştirakçısı olan 23 ölkənin nazirləri arasında keçiriləcək görüş zamanı neft hasilatının həcmini artırmaqdan imtina ediləcəyinə dair xəbərlər və ABŞ-da yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiyada irəliləyişin olması neftin qiymətinə təsir edib.

Bakı vaxtı ilə saat 20:45-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 1,99% artaraq bir barel üçün 63,95 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçerslərinin dəyəri isə 2,59% artaraq 61,30 dollar/barelə çatıb.

İsveçrənin “Julius Baer” bankının analitiki Norbert Ruker bildirib ki, car ilin ortalarında neft qiymətləri müvəqqəti olaraq 70 ABŞ dollarını keçəcək.

Bundan başqa ABŞ-da xammal ehtiyatlarının gözlənilmədən artması barədə məlumatları da bazarlara güclü təsir göstərə bilməyib. Çünki ABŞ Energetika Nazirliyinin rəsmi məlumatlarına görə, ehtiyatlar mart ayından bəri minimuma enib.
Xəbəri paylaş