Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beş sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub



Newscenter.az.9.03.2021. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 5 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 27 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

AQTA-dan Newscenter.az-a verilən məlumata görə, həmin tarixdə 5 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:



Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Bayramov Ayaz Şamil oğlu

Pərakəndə satış

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

2

İsmayılov Səyyad Sadıq oğlu

Pərakəndə satış

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

3

Hüseynov Samir Zakir oğlu

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

4

Kamalova Kəmalə Bəyməmməd qızı

İlkin istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

5

Şıxıyev Samir Rasim oğlu

İctimai iaşə

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Orxan
Xəbəri paylaş