Newscenter.az.9.03.2021. Ombudsman regionlarda qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının müəyyən edilməsi üçün monitorinqlərin aparılmasını təklif edib.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.
Məruzədə qeyd olunub ki, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən regionlarda monitorinqlər aparılmaqla qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının müəyyən edilməsi, yenidən qurulması və ya əsaslı təmir edilməsi üzrə tədbirlərin həyata keçirilməsi təklifi ilə çıxış edib.
Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.