Newscenter.az.17.03.2021. Rövşən Əkbərovun həbs olunması, Azərbaycan ictimaiyyətində suallar dolu geniş müzakirələrə səbəb olub. Və olmalıdır təbii ki. Orduda yüksək komandir vəzifələri tutmuş general-leytenantdır, milli qəhrəman fəxri adı, orden-medallar daşıyır.
Öz şəxsi müşahidə, fikir və ehtimallarımı deyim.
Ortada həbs rəsmi faktı var real konkret, səbəbi isə, müxtəlif cür gümanlardır. Ölkə prokurorluğu R. Əkbərovun haqqında qaldırılan cinayət işinin istintaqı ilə bağlı, 4 aylıq qətiimkan həbs tədbiri barədə məlumat yayıb. Amma ki, hansı səbəblə, cinayət əməli, CM maddəsi ilə həbsi açıqlanmır. Prokurorluğun amma ixtiyarı var, mühüm dövlət əhəmiyyətli cinayət təqibini hissəli açıqlamağa.
Həbs səbəbinin gümanlarına gəldikdə isə, 19 il əvvəl Əkbərovun Kiyevdə iş adamını qətl etməsi variantı elə də əsaslı real ehtimal yaratmır. Niyə indiyədək Ukrayna tərəfi bu barədə susub, tələb irəli sürməyib, onun saxlanması, dindirilməsi və ya, həbsi üçün? Kiyevin tələbi indiyə qalıbsa, bu halda niyə Azərbaycan tərəfi bu saxlanmanı, ya dindirilmə, ya uzağı, ekstradisiya təşkil etməsin, məhz, ölkədə ağır cinayət törətmiş kimi, ən sərt, 4 aylıq qətimkan tədbiri seçsin onun haqqında? Ukraynadan həmin qətl işi ilə bağlı şübhəli şəxs qismində sorğu tələbnamə olsaydı, Azərbaycan dövləti Əkbərova arxayın olub, bu qədər yüksək vəzifə rütbə fəxri ad və təltiflərə layiq bilərdimi? Və nəhayət, R. Əkbərovun Kiyevdəki qətl barədə cinayət təqibi, narahatlığı olduğu halda niyə son vaxtlar var-dövləti, əmlaklarını, yaşayışını Kiyev, Ukraynaya köçürsün? Versiyaya, qarşı sual çox!
Mənim fikrimcə, bu məsələ ilə bağlı ilkin arama və analiz belə, general Rövşən Əkbərovun həbs səbəbi ehtimalını onun hərbi və olsun ki, dövləti cinayət-xəyanət əməl versiyası üzərinə yönəldir:
- Əkbərovun, hələ, 2-ci Qarabağ savaşına qədər orduda xüsusi yüksək qruplaşmada xüsusi yerə və "bildiyini edən", ayrıca "statusa" sahib olması,
- Ona və onunla birlikdə bir neçə yüksək vəzifəli hərbçiyə etlmad edilməyib, müharibə başlanan mühüm-fövqəl məqamda, ordu və müharibədən kənar edilməsi,
- ehtimal edilən cinayət əməlinin xüsusi ilə ağır olması səbəbindən vacib istintaq hərəkəti üçün maxsimal, 4 aylıq həbs qətimkan tədbiri seçimi və mühüm dövləti xarakterli cinayət ola bilməsı ilə bağlı, prokurorluğun həbsin səbəbini, hələlik, tam açıqlamaması və s. bu ehtimala əsas verir.
Bu, ağır suçlu ehtimal böyüyərsə, digər, yüksək çinli hərbi vəzifəliləri də əhatə etməsi mümkün ola bilər. Və bu işin gedib, SQ Baş Qərargahına, hətta məlum Tər-tər işinə çıxması da, mümkün ola bilər. Ancaq bütün bunlar ehtimal versiyadır və bunların cavabı, istintaq imkanı daxilindədir.
Ümid edək ki, istintaq-məhkəmə prosesində bu ehtimallar doğrulmasın. Və Rövşən Əkbərovun günahsız olduğu sübut edilib ədalət qarşıdında öz adını, zabit şərəfini qorusun və biz də imkan qədər yüksək ad və çinli generalımızı itirməyək. Ancaq, kimliyindən, vəzifəsi və titulundan asılı olmayaraq, istənilən şəxsin ağır cinayət, xüsusi olaraq, hərbi və dövləti cinayəti bağışlanmazdlr. Ordu, vətəni müdafiə mühiti vacib təmizlənməli.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri