Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Nizami rayon şəhidlərini ziyarət etdi, onların ailələrinə baş çəkdi-FOTOLAR



Newscenter.az.20.03.2021. Milli Məclisin deputatı Könül Nurullayeva Novruz bayramı ərəfəsində Nizzami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.

Newscenter.az-a Könül Nurullayevanın Deputat Qərargahından bildirilib ki, millət vəkil Vətən müharibəsi iştirakçılarının əziz xatirəsini anıb, onların məzarları önünə tər qərənfillər düzüb.

Deputat Könül Nurullayeva həmçinin Nizami rayonundan Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailə üzvləri, eləcə də qazilərimizin yaxınlarını ziyarət edib, onları bayram münasibətilə təbrik edib.

Ruhiyyə


Xəbəri paylaş