Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Novruz kimə aiddir?



Newscenter.az.20.03.2021. "Novruz"un bir fars sözü olub - yeni gün mənasını ifadə etdiyi bütün mənbələrdə təsdiq olunur. Sözün farsca olması və eyni bayramın farslar tərəfindən də qeyd olunması istər-istəməz hər kəsdə şübhələr yaradır: Novruz fars bayramıdırmı? Yaxud Türklər bu bayrama Ergenekon deyirlər və iddia edirlər ki, bu bayram məhz qədimdən onlara məxsusdur.

Farslar iddia edirlər ki, bayramın adı onların dilində olduğu üçün bayram onlara aiddir. Lakin fars mifik təfəkküründə Novruz Əhmənilər dövründən başlayır və bu qeyri-müəyyən tarixdən o yana getmir. Yəni, ondan qədimə gedib çıxa bilmir. Lakin mənbələrə inansaq Sasanilər dövründən farslar Novruz bayramını qeyd etməyə başlayıblar.

Bəs yaxşı bu bayram türklərə aiddirmi? Düzü türk xalqlarının inanc sistemində martın 21-i yeni ilin başlanğıcı kimi qəbul edilir. Lakin Ergenekon dastanında qeyd edilən 4 dağ arasında yerləşən və işıq üzü görməyən türklər barədə fikirlər absurddur, qondarma bir tarixdir və bu türk xalqlarının tarixinin azadılmasına xidmət edir. Buna görə də Novruz-Türklərin Eregenokon bayramı, işığa çıxması barədə fikirlər düz deyil, saxta bir tarixdir. Bunu şəxsən mən qəbul etmirəm. Ona görə də bu bayramın sırf türk xalqlarına aid olması faktına da inanmıram.
Baharın, yazın, bununla bərabər, həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə böyük təntənə ilə hər il keçirilən Novruz bayramı, sözsüz ki, birdənbirə başlanmır. Belə ki, qədim ulu əcdadlarımız (çevrəsindəki, əhatəsindəki) digər hadisə və proseslər kimi ilin fəsil, ay, günlərinin məzmunundakı mahiyyəti ayrıca dəyərləndirmiş, əlamətlərinə, kəsb etdikləri xüsusiyyətlərə görə onlara adlar da vermişdir. (fevralın son və martın ilk ongünlüyü Boz ay, aprel – leysan, )

Novruz on iki min il öncə yaranmışdır. Novruzun hansı millətə mənsub olmasından asılı olmayaraq bu bayram ilk növbədə təbiətdə baş verən dəyişikliklə əlaqədardır. Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd olunur. Dünyanın yaranmasında iştirak edən dörd ünsür dörd çərşənbədə qeyd olunur və bu yaradılış prosesinin sonu bayram edilir.
Bu fakt Qobustan qaya rəsmlərindəki günəşi qarşılama arxaik ritual təsvirlərinə əsaslanır. Azərbaycanda Novruz bayramında tonqaldan tullanmaq ənənəsi və ictimai şənliklərin tarixi minilliyə gedib çıxır. Kütləvi xalq rəqsi olan "Yallı" rəqsi kimi bir sıra adətlər Qobustan qayalarının üzərində təsvir olunmuşdur. Qobustanda yaşayan insanların isə milliyəti barədə heç bir məlumat yoxdur, onlar nə türklər,nə farslar nə digər xalqdılar. Onların dövründə millət məsələsi yox idi. Ona görə də bu bayramı konkret bir millətə bağlamaq düz deyil. Bu bayram Şərq coğrafiyasında yaşayan xalqlara məxsusdur. Talışa, kürdə, əfqana, türkə, farsa, puştuna və digərlərinə
Hətta Yəhidlər Yusif peyğəmbərin dövründən baharın gəlişini bayram ediblər.

Zsur Əliyev-dosent
Xəbəri paylaş