Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq deputat Cahangir Hüseynov 1 aylıq pensiyasını "YAŞAT" Fonduna bağışladı-VİDEO



Newscenter.az.20.03.2021. Sabiq millət vəkili Cahangir Hüseynov 1 aylıq pensiyasını "YAŞAT" Fonduna ianə edib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı sabiq deputat özü kanal24.az-a müsahibəsində deyib. Cahangir Hüseynov eyni zamanda Azərbaycan xalqına müraciət edərək imkanı olan hər bir şəxsi "YAŞAT" Fonduna yardım göstərməyə çağırıb:

"30 il həsrətində olduğumuz torpaqlarımızı şəhidlərimizin qanı, canı bahasına geri qaytardıq. Biz Azərbaycan vətəndşı olaraq şəhidlərimizə borcluyuq. Ona görə də bir aylıq pensiyamı şəhid ailələri və qazilərimizə dəstək məqsədilə yaradılmış "YAŞAT" Fonduna keçirirəm və eyni zamanda hər bir azərbaycanlıdan xahiş edirəm ki, mənim bu təşəbbüsümə qoşulsun, şəhid ailələri və qazilərimizə bayram günlərində köməkliklər edilsin".

Cahangir Hüseynov onu da deyib ki, tikinti şirkətləri də şəhid ailələri və qazilərə dəstək olmalı, inşa etdikləri binalardan ən azi birini şəhid ailələrinə hədiyyə etməlidirlər".

NEWSCENTER.AZ

Xəbəri paylaş