Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayeva növbəti dəfə vətəndaşları qəbul edib-FOTOLAR

Millət vəkili Könül Nurullayeva növbəti dəfə vətəndaşları qəbul edib-FOTOLAR


Newscenter.az.24.04.2021. Milli Məclisin deputatı K. Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlardan Deputat Qərargahına daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib.

Millət vəkilinin Deputat Qərargahından Newscenter.az-a verilən məlumata əsasən, həftə ərzində, ümumilikdə, 39 nəfərin birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətləri qeydə alınıb, onlardan 14-ü canlı, 2-i isə onlayn qəbul zamanı dinlənilib.

Qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, sosial təminat verilməsi, torpaq, ev və əmlak alqı-satqısı məsələləri və səhhətlə əlaqəli yaşanan çətinliklərlə bağlı müraciətlər yer alıb.

“Qəbulumuzda iştirak edən bir neçə şəhid ailəsi üzvlərinin və qazilərin müraciətləri ən qısa zamanda müvafiq qurumlara yönləndiriləcəkdir” bildirən millət vəkili K. Nurullayeva bütün qəbul iştirakçılarını narahat edən məsələləri qeydiyyata alıb. Vətəndaş müraciətlərini tezliklə aidiyyatı üzrə müvafiq qurumlara ünvanlandırılacaqdır.

Ruhiyyə

Xəbəri paylaş