Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilmiş ərazilərdə abidələrin pasportlaşdırılmasına başlanılıb - VİDEO



Newscenter.az.9.05.2021. Vətən müharibəsi Azərbaycanın erməni işğalçıları üzərindəki tarixi qələbəsi və işğalda olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. İşğal altında olarkən bu ərazilərdəki tarixi abidələri ermənilər dağıntılara və mənimsəmələrə məruz qoyublar. Hətta ermənilər mənimsədikləri abidələrin bəzilərini erməni abidələri adi ilə pasportlaşdırmışdılar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşına deyib ki, işğaldan azad olunan ərazilərdəki abidələrin qorunması və mühafizəsi üçün onların pasportlaşdırılmasına başlanılıb.

Qeyd edək ki, Dağlıq Qarabağ və ətraf rayonlar işğalda olan zaman ermənilər tərəfindən dağıntılara və mənimsəmələrə məruz qalıb.
Dağıntılara, vandalizm əməllərinə məruz qalan abidələrimiz İslam mədəniyyətinə aid olan abidələrdir. Bu abidələri ermənilər mənimsəyə bilmədikləri üçün kütləvi şəkildə dağıdıblar. Çünki həmin abidələr üzərində ərəb əlifbası ilə epiqrafik yazılar olub. Bunlar məscidlər, qəbirüstü məzar daşları, türbələr və ziyarətgahlardır.

Mənimsənilən abidələr isə Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası dövrü və Orta əsrlərə aid xristian dini təyinatlı komplekslərdir. Bu abidələrin bir çoxunun əvvəlki vəziyyəti dəyişdirilib, bərpa adı ilə erməniləşdirilməsi işləri aparılıb və ermənilər tərəfindən mənimsənilib.

Xəbəri paylaş