Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai iştirakçlıq və İctimai Şuralar haqqında qeydlər

İctimai iştirakçlıq və İctimai Şuralar haqqında qeydlər


Newscenter.az.9.05.2021. Son zamanlar ictimai iştirakçılıq, ictimai nəzarət və İctimai Şuraların yaradılması ilə əlaqədar məsələ və mövzulara marağın artması, müzakirələr açılması çox müsbət haldır. Prezident İlham Əliyev dəfələrlə ictimai nəzarətin əhəmiyyətini vurğulayaraq cəmiyyətə çağırışlar edib. Dövlət başçısı səmərəli ictimai nəzarəti yaxşı idarəetmənin elementlərindən biri kimi dəyərləndirib. COVİD-19 pandemiyası və tarixi qələbə qazandığımız 44 günlük Vətən Müharibəsi ictimai nəzərəti həyata keçirən, ictimai iştirakçılığı təmin edən təsisat kimi dövlət orqanları yanında İctimi Şuraların yaradılması prosesinin sürətləndirilməsini arxa plana keçirdı. Bu qısa pauzadan sonra artıq proses sürətlənib, Prezidentin bununla əlaqədar tapşırıq və çağırışları icra orqanları səviyyəsində reallaşdırılır. Ümumilikdə, prosesin başlamasını müsbət xarakterizə etmək olar.

İctimai Şuraların yaradılması və bu Şuralara seçkilərin keçirilməsi ilə əlaqədar müzakirələrə qoşularaq aşağıdakıları qeyd etmək istərdim:

- İŞ-nin yaradılması və seçkilərin təşkili, keçirilməsi zamanı -qanunvericliyin tələblərinə tam, subyektiv şərh vermədən əməl edilməsi təməl şərtdir. Bütün proses “İctimai iştirakçlıq haqqında” qanun və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun keçirilməlidir. Sözügedən qanun və Əsasnamənin müddəaları, tələbləri təhrifə yol verilmədən tətbiq edilməlidir. Qanunçuluq prinsipinə dönmədən riayət edilməlidir. Əgər hər hansı maddənin tətbiqi zamanı şərhə ehtiyac duyulursa, bu zaman ixtisaslamış hüquqşünasların şərhləri əsas götürülməklə konsesusu təmin edən qərarlar qəbul edilməlidir.

- İŞ-nin yaradılması və seçkilərin təşkili, keçirilməsi zamanı obyektivlik, şəffaflıq prinsipləri rəhbər tutulmalıdır. Şuralara seçkilərin təşkili zamanı vətəndaş cəmiyyəti təşkilatlarının öz iarədəsini sərbəst ifadə etməsinə mane ola biləcək, aktiv və passiv seçki hüququnu reallaşdırmağa hər hansı əngəl yarada biləcək hal və hərəkətlər istisna ediləməlidir.

-Dövlət orqanları, vətəndaş cəmiyyəti təşkilatları və digər maraqlı tərəflər məsuliyyət və cavabdehliklərini unutmamalıdırlar. Nəzərə alınmalıdır ki, yanlış qərarların təsiri yalnız bu qərarları verənlərlə məhdudlaşmır, bütün prosesə kölgə salır.

İslam-türk dünyasının ən böyük filosofu, elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) adlandırılan Əbunəsr Farabi elimi-metodoloji prinsip olaraq qeyd edirdi ki, əvvəlcə doğrunu müəyyənləşdirib, sonra yanlışları təsbit etməliyik. Yanlışlardan başlasaq doğruya gedib çıxmaya bilərik. Bu prosesdə doğru olan budur ki, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda effektiv ictimai iştirakçılığı və ictimai nəzarəti həyata keçirməyə qadir İctimi Şuraların yaradılmasına nail olaq. Digər məqsəd, hal və hərəkətlər yanlışdır.

Dövlət başçısının ictimai nəzarətin gücləndiriləsi ilə bağlı təşəbbüsləri, çağırışları vətəndaş cəmiyyəti üçün cəmiyyət və dövlət müstəvisində qərarların qəbulu, iştirakçlığın genişləndirilməsi üçün çox böyük imkanlar açıb. Bu imkanlardan mümkün qədər faydalanmaq isə əsas vəzifəmiz olmalıdır. Cəmiyyət və dövlətə vətəndaş cəmiyyətinin böyük potensialını göstərməyə çalışmalıyıq.

Bu kontekstdə QHT.az saytının rəhbəri, həmkarımız Cəzarət Hüseynzadənin fəaliyyətinə diqqət çəkmək istərdim. Cəsarət bəyin İctimi Şuraların yaradılması ilə bağlı prosedurlarla bağlı tənqidi qeydləri obyektiv xarakter daşıyır. Cəsarət bəyin sayt, QHT rəhbəri kimi fəaliyyətinə, fikirlərinə, yanaşmasına müxtəlif baxışlar və yanaşma ola bilər. Bu da təbiidir və mənim üçün şərh, dəyərləndirmə predmeti deyil. İŞ-lərin yaradılması ilə bağlı prosesləri diqqətdə saxlaması və çatışmazlıqları aşkarlaması yuxarıda qeyd etdiyim məqsədə çatmaq baxımından əhəmiyyətli töhfədir. QHT.az saytına haker hücumu olması bardə Cəsarət bəyin açıqlamaları, təqdim etdyi məlumatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır və zəruri tədbirlər görülməlidir.

Sonda qeyd etmək istərdim ki, İŞ yaradılması özlüyündə son məqsəd deyil. Məqsəd ictimai iştirakçılığı genişləndirməyə, ictimai nəzarəti gücləndirməyə nail olmaqdır.

Bu fkirlərim mübahisələndirməyə açıqdır, ən doğrunu bildiyimizi də iddia etmirik. Doğru bildiyimizi qeyd edirik. Hesab edirəm ki, ittiham və intriqalar yox, konstruktiv müzakirələr vətəndaş cəmiyyətinin güclənməsinə imkanlar yaradır. Kontruktiv müzakirələrin isə ancaq faydası var, biliklərimizi artırır, yeni ideyalar tapmaqda yardımçı olur, xətalarımızı görməyə və düzəltməyə kömək edir.

Zaur İbrahimov
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri
Xəbəri paylaş