Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lənkəranda 3 mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılır



Newscenter.az.12.05.2021. Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Newscenter.az xəbər vrerir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir nəticəsində üç mağazada satıcının yetkinlik yaşına çatmayana tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mehman
Xəbəri paylaş