Newscenter.az.16.05.2021. Bakı hava limanı aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparılır.
“Report” xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Beynəlxalq Aeroportu yayıb.
“Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək”, - məlumatda deyilir.