Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentindən Türkiyə əleyhinə daha bir addım



Newscenter.az.21.05.2021. Dünən Avropa Parlamenti Türkiyənin əleyhinə yeni bir addım da atdı. Avropa Parlamenti Avropa Birliyi üçün içində saxta və "erməni soyqrımı" soyqrımı, həmçinin Türkiyə ilə tam üzvlük məsələlərinin müzakirəsini dayandırmaq tövsiyə edilən qərarı 480 səs leyhinə və 64 səs əleyhinə olmaqla qəbul etdi.

Avropa Parlamentinin məlum qərarından sonra Türkiyə Xarici İşlər Nazirliyinin cavabı özünü çox gözlətmədi. Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin məlum qərarına cavab olaraq bildirdi ki, "İnsan haqları, demokratiya, hüququn üstünlüyü, idarəetmə qurluşumuz, siyasi partiyalarımızla əlaqədar olaraq gerçəklikdən uzaq iddialar irəli sürən, ölkəmizin təsiredici, həll yönümlü, insani və çalışqan xarici siyasətini təhdid olaraq görən, ege, Şərqi Aralıq dənizi, Kipr məsələsində tamamilə haqsız, yunan və rum tezlərini ifadə edən, təktərəfli şəkildə ermınilərin söylədiklərinə dayanan 1915-ci il əsassız erməni hadisələri ifadə edən iddiaları rədd edirik".

Türkiyə Xarici İşlər Nazirliyinin məlum qərarla bağlı bəyanatında həmçinin o da qeyd edilib ki, Avropa Birliyi Türkiyə üçün strateji hədəfdir və bu hədəf istiqamətində sonuna qədər gediləcəyi bildirildi.

Avropa Parlamentinin atdığı bu addım Türkiyəyə qarşı tam qərəzin olduğunu, həmçinin Türkiyənin siyasi və iqtisadi baxımdan böyüməsini özləri üçün açıq təhdid hesab etdiklərini göstərdi. Təbii ki, Avropa Parlamentinin atdığı bu addımın Avropa Birliyi- Türkiyə münasibətlərini zədələyəcəyi aydındır. Bundan əlavə qəbul edilən qərar onu göstərir ki, sözügedən qurum və ya qrumlar müstəqil fikirli deyillər. Siyasi məsələlərə aidiyyatı olmayan məsələlərə siyasi reaksiyaların verilməsi onu göstərir ki, Avropa Parlamenti və Avropa Birliyində Türkiyə qorxusu var. Sözsüz ki, Türkiyə əhalisinin sayının 84 milyondan çox olması və mütləq əksəriyyətinin müsəlmanlardan ibarət olması onun birliyə üzv olmasında digər böyük maneələrdəndir. Uzun illər Türkiyənin müxtəlif bəhanələrlə birliyə üzv edilməməsi də məhz bununla əlaqədardır.


Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş