Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan təbiətindən bəhs edən sanballı əsər



Newscenter.az.6.05.2021. Tanınmış yazıçı-ekoloq Bəxtiyar Hüseynov ekologiya,Azərbaycan təbiətindən bəhs edən vətənpərvər ziyalı, şəxsiyyətdir.Bəxtiyar Hüseynov saysız elmi məqalə, monoqrafiya və elmi-kütləvi əsər - 11 kitabın müəllifidir.Bunlardan 5-i Azərbaycan təbiətinin tədqiqinə və təbliğinə həsr olunub.

Bu günlərdə Bəxtiyar Hüseynovun növbəti kitabı işıq üzü görüb. Azərbaycan təbiətindən bəhs edən növbəti əsər “Təbiətin qızıl tacı” adlanır.Yazıçı publisist B.Hüseynovun “Təbiətin qızıl tacı” kitabı təbiətimizin bir parçası olan Qızılağac Milli Parkı haqqındadır. Ümumiyyətlə, ekologiyamıza dəyərli töhfə olan “Təbiətin qızıl tacı” Qızılağac Dövlət Təbiət Qoruğunun Milli Parka çevrilməsindən keçdiyi inkişaf mərhələlərindən, parkda gedən abadlıq, quruculuq, yenidən qurma işlərindən bəhs edir. Eyni zamanda tanınmış alim ekoloqların, ictimai – siyasi xadimlərin Qızılağac Milli Parkı haqqında elmi fikirlərini, araşdırmalarını oxucuları ilə bölüşür.Toxunulan bu sahə günümüzün aktual məsələlərindən hesab edildiyindən Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin uğurlu ekaloji siyasətini dəstəkləyən müəllifin bu istiqamətdə araşdırması qənaətbəxşdir.Təqdim edilən kitab ekoloji təbiət abidələmizin rekreasiyası, turizm potensialı barədə , dəyərli və günün tələblərinə tam cavab verən bir kitabdır.
Kitabda ulu öndər Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması istiqamətində gördüyü işlərdən, Prezident İlham Əliyev tərəfindən ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi vətəndaş və ekoloq təəssübkeşliyi lə araşdırmaya cəlb edilib.

“ Azərbaycanda təbiətin qorunması bizim gələcəyimizlə bağlı məsələdir. Azəybaycanın çox gözəl təbiəti, iqlimi vardır. Biz hamımız təbiəti qorumalıyıq...

Ölkəmizdə təbiətin, ətraf mühitin qorunmasına ən yüksək səviyyədə böyük diqqət yetirilir...”
... İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz subütün bunlara biz çox böyük diqqət göstərməliyik.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Ulu öndərimiz Heydər Əliyevdən başlamış bu cahanşümul fəaliyyət möhtərəm Prezidentimiz İlham Əliyev və vitse – prezident Mehriban Xanım Əliyeva tərəfindən davam və inkişaf etdirilməsi qeyd edilənlərin fotoşəkillərinin verilməsi olduqca önəmli və diqqətəlayiqdir. Kitabda ayrı-ayrılıqda Qızılağac Milli Parkı haqqında məlumatla yanaşı, onların fotoşəkillərinin verilməsi kitabın ümumi məzmununa və onun daha oxunaqlı olmasına öz müsbət təsirini göstərir.

Bəxtiyar Hüseynovun yaradıcılığını görkəmli torpaqşünas, coğrafiyaşünas alim, akademik Həsən Əliyevə bənzədən ADAU universitetin rektoru, AMEA-nin müxbir üzvü, professor İbrahim Cəfərov "Təbiətin qızıl taci" kitabını ekoloqlar üçün qiymətli vəsait olduğunu vurğulayıb,təbiətşünaslığa qiymətli töhfə kimi dəyərləndirərək bildirmişdir ki, kitabın ilkin variantı ilə tanışlığı zamanı bir daha inandım ki, müəllif təbiətin əsl fədaisidir. "Uzun illər qoruq kimi fəaliyyətə başlayan, üc il bundan əvvəl möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə Milli Park statusu alan cənub bölgəsinin bu Xüsusi Mühafizə Olunan Təbiət Ərazisinin mərhələli inkişafı kitabda gözlərimizin önündə canlanır. Kitabı oxuyanda müəllif sanki əlimizdən tutaraq keçmişə aparır, zəngin quşlar və heyvanat aləminə, nadir bitki örtüyünə, dəniz sərvətlərinə malik Qızılağac Dövlət Təbiət Qoruğunun sonralar baxımsızlıq ucbatından deqradasiyaya uğramasını və Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun yenidən yüksək səviyyədə bərpasını göstərir. Ekologiya sahəsində belə müfəssəl vəsaitə ehtiyac var və B. Hüseynov bir mütəxəssis kimi tələbələrə, alimlərə, təbiətsevərlərə dəstək oldu".
Azərbaycan təbiətindən bəhs edən sanballı əsər

Müəllif, haqlı olaraq, hər bir sahənin dərin bilicilərini, görkəmli alimlərini elmi mükaliməyə dəvət edir. Bu, kitabın spesifikasını mükəmməlləşdirir, onu daha da etibarlı və oxunaqlı edir. Alimlərimizdən biologiya elmlə¬ri doktoru, professor,AMEA-nın müxbir üzvü Elşad Qurbanovun, Bakı Dövlət Universitetinin dosenti Əbülfəz Tağıyevin, biologiya elmləri doktoru professor Mehman Axundovun araşdırmaları kitabın elmi məziyyətini daha da yüksəldir. Kitabda bir sıra tanınmış dünya miqyaslı mütəxəssislərin, bioloqların əsərlərinə istinad edilir.

Kitaba daxil edilən tədqiqat işlərinin nəticələri geniş oxucu kütləsinin bu sahədə maarifləndirilməsində öz müsbət təsirini göstərəcək, eyni zamanda, gələcək nəsillərin ekoloqiyamızın daha mükəmməl öyrənilməsinə xidmət etməklə yanaşı, dəyərli informasiya mənbəyi ola biləcək.Müəllif respublikamız daxilində ətraf mühiti bir kitab kimi vərəqləyir, onun təbii mənzərəsinin xəritəsini göz önünə gətirməklə, əlvan rənglərlə danışmaqla bərabər, bu əlvanlığın pozulmaq qorxusundan da həyəcanla söhbət açır.

Əminəm ki, gələcək təbiətsevərlər XXI əsrin əvvəllərindəki ekoloji mənzərəyə nəzər salarkən yazıcı ekoloq Bəxtiyar Hüseynovun "Təbiətin qızıl tacı" adlı kitabından yetərincə bəhrələnə biləcəklər.

Kitab təbiətsevərlərimizə, mütəxəssislərə, ali və ümumtəhsil məktəblərinin müəllimlərinə, tələbələr habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitabın təqdimatında Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert istirak edərək, sağlamlıq mənbəyi hesab edilən təbiətin elmi mənzərəsinin bu kitabda çox gözəl təsvir edildiyini,kitabda Çexiya alimlərinin Azərbaycan təbiəti ilə bağlı tədqiqat işləri, praktik elmi tövsiyələri və təbiətimizdən nümunələrini öz ölkələrinə aparıb tədqiq etmələrinin,eyni zamanda “Xarıbülbülü” Azərbaycandan aparıb Botanika Universitetinə təqdim etməklərini qələmə alındığından söhbət acmışdır.

Yazımı Həzrəti Məhəmməd (ə.s.) bir kəlamı ilə bitirmək istəyirəm: “Ömrünü elmə sərf edən adam heç vaxt ölmür”. Bəxtiyar Hüseynov kimi yazarlar var olduqca elmimizdəki çəki daha aydın cizgilərlə ortaya çıxır və cıxmaqda davam edəcək.

Aygül Bağırova

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatı laureatı
Xəbəri paylaş