Newscenter.az.4.09.2021. Azərbaycanda son sutkada koronavirusa 3 305 yeni yoluxma qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.
Bu günədək ümumilikdə 439 562 nəfərin koronavirusa yoluxması müəyyən olunub, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5 800 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 53 052 nəfərdir.
Son gündə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.