Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqanda narkotik əkən göyçaylı qardaşlar həbs edildi

Beyləqanda narkotik əkən göyçaylı qardaşlar həbs edildi


Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakinləri — Süleyman Nağıyev və qardaşı Əli saxlanılıblar.

Newscenter.az DİN-ə istinadən xəbər verir ki, onların idarəsində olan avtomobilə baxış keçirilən zaman 173 ədəd çətənə ştili aşkar edilərək götürülüb.

Araşdırma zamanı həmin şəxslərin Beyləqan rayonunun ərazisinə gələrək meşə zolağında çətənə ştillərini əkib-becərməyə çalışdıqları müəyyən edilib.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mehman
Xəbəri paylaş