Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərsində yaşayır

Dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərsində yaşayır


Bu gün 2022-ci il Ramazan ayının son günüdür. Artıq ilin sonuncu İmsak vaxtı da bitir. Ramazan paylaşmaq, başqalarına əl tutmaq və imkansızlara yardım etmək ayıdır. Hər birimizin qayğıya ehtiyacı olanlara yalnız Ramazan ayında deyil, il boyu dəstək olmağımız çox vacibir.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, hazırda xeyil sayda müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadir:

"Dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərsində yaşayır. Hər 5 müsəlmandan 1-nin gündəlik gəliri 1 dollardan azdır. Qlobal təbii ehtiyatların 70 faizindən çoxuna sahib olan Müsəlman aləmində dünyadakı yoxsul əhalinin 45 faizi yaşayır. Dünya əhalisinin 25 faizini təşkil edən müsəlman ölkələrində dünyadakı hər 2 yoxsul şəxsdən 1-i yaşayır".

Millət vəkili bildirib ki, yoxsulluq və bir sıra hallarda aclıq xeyili sayda müsəlman ölkələri üçün ən ciddi problemlərdən biridir:

"Müqəddəs Ramazan ayında olduğu kimi digər zamanlarda da müsəlmanlar ehtiyacı olan insanlara yardım etməklə yoxsulluq həddin azalda bilərlər. Təbii ki, müqəddəs kitabların hammısı dinindən asılı olmayaraq hər bir şəxsin ehtiyacı olanlara dəstək olmasını buyurur.
Bayramöncəsi ehtiyacı olanlara dəstək olacaq Fitrə zəkatınızı Allah qəbul etsin. Allah oruc və dualarınızı qəbul etsin".

Mehman
Xəbəri paylaş