Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürdəmirdə polis əməliyyat keçirdi, rayon sakinlərindən silah və narkotik götürüldü

Kürdəmirdə polis əməliyyat keçirdi, rayon sakinlərindən silah və narkotik götürüldü


Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən rayon sakini Rauf İslamov saxlanılıb. Ona məxsus çay evinə keçirilən baxış zamanı oradan bir ədəd atəşə yararlı “Revolver” tipli tapança, bir ədəd pnevmatik silah və bir ədəd daraq aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kürdəmir rayonu Muradxan kənd sakini Ramiz Abdullayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin, idarə etdiyi nəqliyyat vasitəsindən isə heroin və marixuana, eləcə də bir ədəd elektron tərəzi aşkar edilib.

Faktlarla bağlı hər iki şəxs barəsində Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.

Mehman
Xəbəri paylaş