Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Reallıqla yaşamaq lazımdır, pafos-hay küy zamanı geridə qaldı

Reallıqla yaşamaq lazımdır, pafos-hay küy zamanı geridə qaldı


Hər insan bu dünyada öz marağı baxımından hərəkət edir. Ölkələr də belədir. Azərbaycan da öz maraqları baxımından hərəkət edir və etməlidir. Bu normaldır.

Erkin Qədirlini savadlı hüquqşunas hesab edirəm ancaq onun Avropa Şurasındakı çıxışını təqdir etmirəm! Həm Erkin Qədirli həm digər vəkillər çıxışlarında məsuliyyətli olmalıdırlar. Rusiya əleyhinə çıxəşlar bizə heç nə verməyəcək. Dünyadakı problemlər bizəmi qaldı? Ermənistan Azərbaycanı işğal edəndə Ukraynalı vəkillər beynəlxalq tribunalarda bizim müdafiə edən çıxışlar edirdimi? Bu qədər yardımın qabağında Zelenskinin bizdən daha çox yardım tələb etməsi və siyasi diplomatik dillə şantaj etməsinin şahidi olduq!

Reallıqla yaşamaq lazımdır. Pafos , hay küy zamanı geridə qaldı. Ukraynada baş verənlər Ukrayna hakimiyyətinin yaınış idarəçiliyi, məsuliyyətsizliyi ucbatından baş verdi. Ukrayna hakimiyyəti Rusiyanı ciddiyə almadı və nəticədə şəhərləri dağıdıldı, insanları həlak oldu. Bundan sonra Ukraynanı heç olmazsa əvvəlki vəziyyətinə gətirmək üçün ən azı 15 il zaman lazım olacaq!

Azərbaycanlı siyasətçilər çıxışlarında bir az da olsun məsuliyyətlərini dərk etməlidirlər!

Biz diqqəti Ukraynadakı hadisələrə deyil, Erməni separatçılarının hələ də Qarabağ və Zəngəzurun bir qism ərazilərimi tərk etməməsinə yönəltməliyik. Öz problemimiz dura dura bizə nə Suriyadan, Ukraynadan, ya da Çindən!

Rəşad Quliyev
Xəbəri paylaş