Ukraynanın Donetsk vilayətinin separatçıların nəzarəti altında olan Makeyevka şəhərində neft bazasının atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, atəş nəticəsində neft bazasının ərazisində 4 neft çəni və 2 benzindaşıyan yanıb. Hər çənin həcmi 5 min kub metrdir.
Rusiya iddia edir ki, neft bazanı Ukrayna Silahlı Qüvvələri atəşə tutub.