Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi İşxan Saqatelyan ölkə vətəndaşlarını bu gün saat 12:00-dan 14:00-a kimi yenidən etiraz aksiyalarına və itaətsizliyə - yolları, küçələri bağlamağa çağırıb.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
“Saat 15:30-da bu meydana toplaşmalıyıq. Sabah (bu gün-red) Ermənistan Milli Məclisində hökumətlə sual-cavab sessiyası keçiriləcək. Saat 16:00-da Nikol (Baş nazir Paşinyan-red) Milli Məclisə gələcək. Onun istefasını tələb etmək üçün saat 15:30-da burada olmalıyıq. Bunun üçün sizin iştirakınız çox vacibdir”, - o, bildirib.
Saqatelyan əsl tətilə və dərslərin boykotunun genişləndirilməsinə çağırıb.
“Uşaqlarınızı məktəbə göndərməyin. Bu meydanda hər kəsin olması çox önəmlidir. Önümüzdəki günlərdə nəhayət ki, onların heç bir güclərinin olmadığını həll etməliyik”, - o bildirib.