Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ETSN ilə FAO arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub

ETSN ilə FAO arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub


Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Bu barədə Newscenter.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də ETSN ilə FAO arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Sevinc
Xəbəri paylaş