Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev və gənclər siyasəti

Heydər Əliyev və gənclər siyasəti


Elə liderlər var ki, tarixin yaddaşında qalırlar elə liderlərdə var tarixinin özün yaradıllar. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan dahi şəxsiyyət, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhtəsinə götürən və bunu bacaran əvəzolunmaz liderdir.
Xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar, sadəcə - dünyasını dəyişdi - deyirlər. Həm də bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Yəni belə insanlar bizi tərk etdiyi anda, başqa bir formada mənəvi cəhətdən hər zaman bizimlədir.

Gənclik xoşbəxtlikdir deyən Ulu Öndərimiz her zaman gənclərə böyük diqqət və qayğıilə yanaşmışdır. O hər zaman qeyd edirdi gənclər bizim bu günümüz və gələcəyimizdir. Dahi lider bütün gənclərin qarşısına bir vəzifə- öz xalqına , dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsinin olduğunu deyirdi. Eyni zamanda Ulu öndərimiz biz gənclərə uğurlu yaşamağın sirrlərinidə söyləmişdi. O qeyd edirdi, gənclər bilməlidirlər ki, həyatda uğurla yaşamaq üçün xalqımızın,millətimizin milli- mənəvidəyərlərinə sadiq olmaq lazımdır, bu milli- mənəvi deyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır.

Ümumilli liderimiz bütün Azərbaycan gəncliyinə bir çağırış etmişdir. Həmin çağırışı nəzərinizə çatdırmaq istəyirəm.

Əziz gənclər, biz müstəqil dövlət kimi torpaqlarımızın hər bir qarışına sahib olmalı, işğal olunmuş ərazilərə qayıtmalıyıq. Hər bir gənc, hər bir vətəndaş bu yolda fədakarlıq göstərməlidir. Mən siz gəncləri bu yola dəvət edirəm. Sizi Azərbaycanın müstəqilliyini qorumağa, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmağa çağırıram.

Ulu öndərim, Azərbaycan gəncliyi, özüdə sizin oğlunuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövründə yetişən Azərbaycan gəncləri sizin çağırışınıza səs verdi. Müqəddəs arzunuzu reallaşdırdı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, cənab İlhamƏliyevin rəhbərliyi və Şanlı Azərbaycan ordusunun gücü hesabına azad olundu.

Sizin böyük ehtiram bəslədiyiniz Azərbaycan gəncliyi bu gün çox qürurludur. Dahi Lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edir, hər günü hər ayı, hər anı dastan olan bu böyük şəxsiyyətin mənim millətimə mənsub olmağıyla sonsuz dərəcədə fəxr edirəm.

99-cu doğum gününüz mübarək həmişəyaşar Lider. Nə qədər ki, Azərbaycan xalqı yaşayacaq sizdə bizim qəlbimizdə yaşayacaqsız.

Tərtər rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi, YAP fəalı- Fəridə Süleymanova
Xəbəri paylaş