Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Tehranda beynəlxalq şahmat turniri keçiriləcək

Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Tehranda beynəlxalq şahmat turniri keçiriləcək


Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar olaraq Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə may ayının 10-da Tehrandakı diplomatik nümayəndəliklərin iştirakı ilə beynəlxalq şahmat turniri təşkil olunacaq.

Bu barədə Newscenter.az-a Azərbaycan Respublikasının İrandakı Səfirliyindən bildirilib.

Beynəlxalq şahmat turniri İsveçrə sistemi üzrə keçiriləcək və yarışın qalibləri xüsusi mükafatlarla təltif ediləcəklər.

Turnirdə BMT-nin İran nümayəndəliyində, İqtisadi Əməkdaşlıq Təşklatının (ECO) Tehrandakı mənzil-gərargahında çalışan əməkdaşlar, Türkiyə, Polşa, Fransa, Macarıstan, Rusiya, Keniya, Filippin və digər dövlətlərin İrandakı səfirliyində işləyən diplomatları iştirak edəcələr.

Mehman
Xəbəri paylaş