Ümummilli liderimiz ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə A.Hüseynzadə adına 20 nomrəli məktəb-liseyin direktoru Esmira Ağayeva,direktor müavini Mətanət Əhmədova,müəllim heyəti Samirə Abbasova,Sevda Heydərova və Çinarə Kasımovanın iştirakı ilə şagirdlərin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiyası olub.
Newscenter.əz xəbər verir ki, mktəblilər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.
“Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən təhlükəsizlik orqanlarındakı iş dövrü haqqında məlumatları əks etdirir.
Məktəblilər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib. “Şöhrət” muzeyinin Ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək ,həyat və fəaliyyəti, irsinin öyrənilməsi və onun gələcək nəsillərə çatdırılmasında müstnəsna rolunu qeyd edən 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva məktəblilər üçün yaradılmış şəraitə görə DTX-nin rəhbərliyinə kollektiv adından təşəkkürünü bildirib.
Qeyd edək ki, Heydər Əliyev adına Akademiyanin “Şöhrət” muzeyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı istifadəyə verilib.
Sevinc