Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə Heydər Əliyevə minnətdarıq

Müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə Heydər Əliyevə minnətdarıq


Biz gənclər müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə Heydər Əliyevə minnətdar olduğumuzu gizlətmirik. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, ümummilli lider adını qazanmışdır. Heydər Əliyevin xalqımızın qəlbində əsrlər boyu yaşamış müstəqillik ideyaları ilə qovuşması, heç şübhəsiz, əhəmiyyətli təkamül mərhələsi keçərək XX əsrin son onilliklərində Azərbaycanın milli yüksəlişinin məfkurə əsası kimi özünü büruzə vermişdir. Bunun əyani misalını sovet rejiminin ən sərt çağlarında Azərbaycana rəhbərlik edən Heydər Əliyevin milli ruhun inkişafına təkan verən cəsarətli addımlarında görmək o qədər çətin deyil.

Heydər Əliyev dərk edirdi ki, siyasi müstəqillikdən məhrum olmuş xalqın milli ruhunu dirçəltməyin ən etibarlı yolu onun iqtisadiyyatının inkişafından keçir. Məhz bunun sayəsində xalqın özünə inamı arta bilər ki, bu da öz növbəsində milli ruhu yüksəltmək, milli oyanışı gücləndirmək və millətin özünü ifadə etmək arzusunu daha dərindən alovlandırmaq qüdrətinə malikdir. Bu mənada, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikanın sıçrayışlı iqtisadi yüksəlişinin xalqımızın müstəqillik məfkurəsinin möhkəmlənməsində əvəzsiz rol oynadığını vurğulamaq lazımdır. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində respublikanın inkişafı universal səciyyə daşımış, yüksəliş həyatın heç bir sahəsindən yan keçməmişdir. Başqa sözlə, iqtisadi inkişafla yanaşı, milli ruhu yüksəltməyə birbaşa təkan verən mədəni və mənəvi intibah meyilləri də aydınca müşahidə edilmişdir.

Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra ilk aylarda daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, yaranmış daxili böhrandan faydalanan erməni təcavüzünün getdikcə daha çox Azərbaycan torpaqlarını əhatə etməsi, ölkənin xaricdən təcrid olunması və əslində, təklənməsi Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan bu ideyanın təsiri altına düşür və dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töfvələr verən Heydər Əliyev qazanılmış müstəqilliyin müstəqil dövlətə çevrilməsinin yeganə təminatı ola bilər. Məhz onun sayəsində müstəqillik ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi geriyə dönməzlik imunitetinə sahib çıxa bilər.

Heydər Əliyevin 1993-cü ilin həyəcanlı anlarında möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu, müstəqil Azərbaycan dövləti isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildi. Müstəqil Azərbaycan bu gün Heydər Əliyev siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf kursunu irəli sürərək bu kursun alternativsizliyini real addımlar, əməli nəticələrlə sübuta yetirməklə bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiliyini təmin edəcək qüdrətli varis və lider yetişdirmişdir. Ulu öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha aydın görünür. Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, sadəliyi, səmimiliyi, təvazökarlığı, alicənablığı, insanlara təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə sevgisi, nəcibliyi, ziyalılığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir.

Bütün bunlar tam və qəti şəkildə deməyə əsas verir ki, İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir və onun rəhbərliyi altında ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin davam etdirilməsi tarixi zərurət
dir.

Bu gün tam əsasla deyə bilərik ki, ulu öndərimizin ümummilli və ümumbəşəri ideyaları daim xalqımızın, millətimizin yoluna işıq saçacaq və müstəqil dövlətimizin daha da güclənməsində böyük rol oynayacaqdır.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi Məmmədova Nəzrin
Xəbəri paylaş