Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti “qar ərimə mövsümü” Ermənistan üçün daha ağrılı ola bilər

Növbəti “qar ərimə mövsümü” Ermənistan üçün daha ağrılı ola bilər


"2021-ci il mayın 12-də Azərbaycan Ordusunun bölmələri Sünik və Qeqarkunik ərazisində düşmənin qorumaqda çətinlik çəkdiyi bir sıra strateji yüksəklikləri nəzarətə götürdü. Prezident İ.Əliyev: "Qar əridi və harda lazım idi, orada da yerləşdik" bəyanatı ilə bu əməliyyatı nəzərdə tuturdu".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, indi yenə də qar əriməyə başlayıb və erməni təxribatlarının intensivliyi də azalmaq bilmir:

"İrəvandakı mitinqlərin barıtını artırmaq və ermənilərin bizə son 30 ildə etdiklərinin az bir hissəsini onların özünə xatırlatmağa dəyər. Ermənistan hakimiyyətinin yaxın günlərdə sərhədlərin təyin edilməsi və sülh sazişi ilə bağlı kritik qərarlar verməzsə, növbəti “qar ərimə mövsümü” onlar üçün daha ağrılı ola bilər".

NEWSCENTER.AZ
Xəbəri paylaş