Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan gələn şəxsdə narkotik vasitə və psixotrop maddələr aşkarlanıb

İrandan gələn şəxsdə narkotik vasitə və psixotrop maddələr aşkarlanıb


Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən əl yükü rentgen yoxlama qurğusunda yoxlanılıb və şübhəli cizgilər müşahidə olunub.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, vətəndaş şifahi sorğu-sual zamanı üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, dərman və psixotrop maddələrin olmadığını bildirib. Yoxlama zamanı idman çantasının içərisində 30 kapsul “Qabapentin”, 20 ədəd “Alprazolam”, 30 kapsul “Pregabalin”, 38 ədəd üzərində “ddp/M20” nişanəsi olan “Metadon” adlı həblər, 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində isə plastik qabda- 210 ml həcmində maye halında “Metadon” aşkarlanıb.

Xatırladaq ki, “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil edilmiş “Qabapentin”in ümumi miqdarı 3 qram, “Pregabalin”in isə miqdarı 1,5 qram, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələ” in III Siyahısına daxil olan “Alprazolam”ın ümumi miqdarı 0,01 qram və "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxil olan “Metadon”un miqdarı 0,76 qram, maye halındakı “Metadon”un isə miqdarı 0,21 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş