Rusiyanın Krasnoyarsk diyarının Şarıpovsk rayonunda yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər ölüb.
Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin yerli iradəsindən bildirilib.
Məlumata görə, ərazidə ibtidai istintaq üçün yoxlama təşkil olunub və İstintaq Komitəsinin əməkdaşları fəaliyyət göstərir.
Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, hazırda Krasnoyarsk diyarında yanğın 16 yaşayış məntəqəsində 200-ə yaxını tikilini, bir neçə mişar dəyirmanını, uşaq bağçasını əhatə edib.
Başqa məlumata əsasən, Rusiyanın Kemerovo vilayəti Tyajinsk dairəsinin İtatsk, İzındayevo və Listvyanka yaşayış məntəqələrində 50-dən çox ev yanıb. Yerli bələdiyyədən qeyd olunub ki, yanan evlərin sayı dəqiqləşdirilir.
Yanğının söndürülməsinə 14 yanğınsöndürən maşın və 2 yanğınsöndürən qatar, Rusiya qvardiyasının 1 Mi-8 helikopteri cəlb edilib. Sakinlər hadisə yerindən təxliyə olunub.