Rusiyanın Omsk vilayətinin 8 yaşayış məntəqəsində baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bunu vilayətin başçısı Aleksandr Burkov bildirib.
Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, yanğına güclü külək səbəb olub.
Bundan başqa, Krasnoyarsk ərazisində də 5 min hektar ərazidə, 55 tikilidə yanğın baş verib. Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss yanğınlarla əlaqədar region üzrə fövqəladə vəziyyət rejimi elan edib.