Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın terrorçuluğu maliyyələşdirən ölkələr siyahısına salınması təklif edildi

Rusiyanın terrorçuluğu maliyyələşdirən ölkələr siyahısına salınması təklif edildi


“Rusiya Prezidenti Vladimir Putin qorxaqdır. O müharibə etmək yerinə uşaqlara, dinc sakinlərə qarşı döyüşür. O, uşaqlardan silah kimi istifadə edir”.

Newscenter.az
“Report”-a istinadən xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi MSNBC-yə müsahibəsində bildirib.

“Terrorçuluğa sponsoruluq edən dövlətlərin siyahısında Rusiyanın adı yoxdursa, həmin sənədi cırıb, atın. Çünki nüvə silahına malik olan bir dövlət başqasına hücum edir, onu atom silahlı ilə hədələyir”, - o vurğulayıb.

Nümayəndələr Palatasının sədri Rusiyanın da terrorçuluğa sponsorluq edən dövlətlər siyahısına daxil ediləcəyinə əminliyinin bildirib. O, ABŞ Prezidenti Cozef Baydeninin bununla bağlı qərar qəbul edəcəyini söyləyib: “Rusiyanın bu siyahıya daxil edilməsi ona qarşı sanksiyanın tətbiqini asanlaşdırar”.

N.Pelosi Rusiya hərbçilərinin Ukraynada törətdiyi hadisələri kəskin şəkildə qınayıb.

O, Ukraynaya yardımların davam etməsinin vacibliyini vurğulayaraq, ölkə Prezidenti Volodimir Zelenski barəsində xoş sözlər deyib: “O, bütün dünya üçün qəhrəmandır. Onunla görüşmək bizim üçün fəxr idi”.

Qeyd edək ki, N.Pelosi mayın 1-də Kiyevdə səfərdə olub.
Xəbəri paylaş