Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə erməni və assori kilsələri bərpa edilib

Türkiyədə erməni və assori kilsələri bərpa edilib


Türkiyənin Diyarbakır əyalətinin Sur rayonunda terrorçu PKK-nın uçurub dağıtdığı iki kilsə bərpadan sonra mayın 8-də dindarların istifadəsinə veriləcək.

Newscenter.az-ın məlumatına görə, “Report” “Ahaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi açıqlama yayıb.

Məlumata görə, PKK-nın 2015-ci ildə törətdiyi terror hücumları nəticəsində Surdakı Surp Giragos erməni və Mar Petyun kəldani (xaldey) kilsələri dağılıb.

Bu kilsələr Türkiyənin Ümumi Vəqflər İdarəsinin balansındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi əsasında 2019-cu ildə Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi tərəfindən onların bərpasına başlanılıb. Bərpa-təmir işlərinə 32 milyon türk lirəsi (2 milyon 150 min dollara yaxın) maliyyə vəsaiti xərclənib.

Bildirilib ki, mayın 7-də kilsələrin açılışı olacaq.

Surp Giragos erməni kilsəsi vəqfinin sədri Ergün Ayık bildirib ki, 2010-cu ilə qədər ora xaraba vəziyyətdə olub: “2012-ci ildə kilsə tamamilə bərpa olunub. Təəssüf ki, 2015-ci ildəki hadisələr zamanı kilsəyə yenidən zərər dəydi. Bu səbəbdən kilsə 2019-cu ilədək bağlı qalıb”.
Xəbəri paylaş