Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"

DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"


"İctimai-siyasi proseslər qanunla tənzimlənir".

Newscenter.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq.

Qeyd edək ki, bir qurub şəxs mayın 14-də Bakıda aksiya keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə məlumat yayıb.
Xəbəri paylaş