Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

22 ölkədə naməlum virus aşkarlanıb

22 ölkədə naməlum virus aşkarlanıb



İyirmi iki ölkədə indiyədək uşaqlarda mənşəyi məlum olmayan 250-yə yaxın hepatit qeydə alınıb.

Newscenter.az-ın məlumatına görə, "Report" TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Filippa İsterbruk deyib.

"Mənşəyi məlum olmayan hepatitlərin aşkar olunduğu ölkələrin əksəriyyəti Avropa regionundadır. Bir sıra hallar da təsdiqini gözləyir".

İsterbruk bildirib ki, altı uşaq bu hepatitdən ölüb və 26 uşaq qaraciyər transplantasiyasına ehtiyac duyur.

Ekspertin sözlərinə görə, ÜST xəstəliyin səbəblərini öyrənməyə davam edir və bu məsələdə müxtəlif ölkələrlə fəal əməkdaşlıq edir.

Mütəxəssislər koronavirusa qarşı peyvəndlə əlaqəni müəyyən etməyiblər və əsas fərziyyələr adenovirus və koronavirusla bağlıdır.
Xəbəri paylaş