Son zamanlar mətbuatda cinayət törədən gənclərlə bağlı xəbərlərə sıx rast gəlinir. Xüsusən də orta məktəblərdə yeniyetmələr arasında bu tendensiya geniş yayılıb. Uşaq yaşlarında avara həyat tərzinə alışan, intizamsızlıq edən onlarla yeniyetmə sonda cinayət törədərək həyatını puç edir. Mənim fikirimcə bu hallar cəmiyyətin etinasızlığı, kriminal aləm haqqında məlumatların tirajlanması və s. ilk yerləri tutur. Cinayətkar aləmin təbliğ olunması cəmiyyət üçün arzuolunan deyil. Heç vaxt müsbət nəticəyə gətirmir. Çox vaxt insanlar daha asan törədilə bilən cinayətlərə gedirlər. Xırda oğurluq, xuliqanlıq və başqa. Yeniyetmələr də məhz bu tip cinayətlərə meyilli olurlar. Yunan alimi Sokrat deyir ki, uşaqlarınız tərbiyə etməyin, çünki onlar sizi təqlid edəcəklər. Özünüzü tərbiyə edin. Deməli, övladın törətdiyi hər hansısa bir cinayətə və ya səhv hərəkətə görə valideynin də məsuliyyəti böyükdür. Bir də görürsüz ki, uşaq saatlarla evə gəlmir. Gecə saat 12-də, 1-də, 2-də də evə gəlmir. Valideyn də yatıb, uşaqla maraqlanmır. Nəticə etibarı ilə də uşaqlar müxtəlif cinayətlərə, kriminal hadisələrə meyil edirlər.
Gənclər arasında aqressiya, özbaşınalığın artmasının səbəbi uşaqların öz aralarında müzakirə etdiyi məsələlələri böyüklərlə məsləhətəşməməsidir. Çox hallarda uşaqlar sinif yoldaşılarından və ya öz yaşıdlarından fərqlənmək istəyirlər. Onlar özlərini hər mövzuda birinci göstərmək istəyirlər. Bu istəklərinə təkbaşına nail ola bilmədikdə isə narkotik vasitələrə, xüsusən də “patı”ya maraq göstərirlər. Eyni zamanda, gizli aləm onların xoşuna gəlir. Uşaqların özlərini virtual aləmdə sübut etməyə çalışması da məlum neqativ halların yaranmasına səbəb olur. Uşaqların cinayətə meyilli olması böyüklərin nəzarətsizliyindən irəli gəlir. Bu cür problemlərin qarşısının almasında məktəblərimizində rolu böyükdür. Məktəblər məni qınamasın, bəzən boş buraxır bu işləri. Məktəblərdə müəllimlər təkcə təhsil verməklə yox, həm də uşaqların təlim-tərbiyəsi ilə son dərəcə ciddi məşğul olmalıdırlar. Gəncliyimizi qorumaq cəmiyyətin hər bir fərdinin borcudur. Çünki gələcək onlarla var olacaq. Cinayətkar mühit isə bu günümüz kimi sabahımıza da təhlükədir.
Əli İbrahimov-hüquqşünas