Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanın din xadimləri Gəncə terrorunun qurbanlarını yad ediblər

Gürcüstanın din xadimləri Gəncə terrorunun qurbanlarını yad ediblər


Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə 2022-ci ilin 19 may tarixindən etibarən Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədirlər.

Newscenter.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Gürcüstanın din xadimləri 23 may tarixində Gəncə şəhərində Ermənistan Respublikası silahlı qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər. Ərazidə onları Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Azər İbrahimov və digər rəsmilər qarşılayıblar.

A.İbrahimov Ermənistanın Gəncə şəhərində törətdiyi terror barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olmuş, 130-dan çox dinc sakin isə yaralanmış, mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələrini yerində görən qonaqlar həlak olmuş mülki şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq, dualar oxumuşlar.

Bununla da səfər başa çatmış və Gürcüstanın din xadimləri Vətəninə yola düşmüşlər.

Mehman
Xəbəri paylaş