Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kimlər Sevinc Qədirovanı intihar həddinə çatdırıb?

Kimlər Sevinc Qədirovanı intihar həddinə çatdırıb?


"Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş mətbuat katibi Sevinc Qədirova intihar etmək həddinə çatıb. Newscenter.az xəbər verir ki, bu barədə Sevinc Qədirova özünün facebook sosial şəbəkə hesabında məlumat paylaşıb. Xanım Qədirova qeyd edib ki, 2015-ci ildən ona qarşı şər-böhtan atılır:

"20 ilə yaxındır ki, jurnalist faliyyəti ilə məşğul oluram hər kəsin bildiyi kimi bəzi vəzifələrdə çalışmışam. Bu müddət ərzində Cənab Prezidentin siyasətini dəstəkləyib dövlət maraqlarını üstün tutmuşam. Amma 2015-ci ildən bu günə qədər davam edən kabusum bitmək bilmir heç cür. Rəsmi şəkildə əsir düşmüşəm elə bil. 1 qızın başına gətirə biləcəkləri ən pis oyunları başıma gətirməkdə davam edirlər hələ də. Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq. Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar ya ölkəni tərk et ya da intihar et. Atam qardaşım olsaydı bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim dövlət var dövlətin vəzifəli şəxsləri var. Hüquq-Muhafizə orqanları var. Şər və böhtanlarınızdan intihar həddinin bir addımlığındayam artıq".
Xəbəri paylaş