Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub və iki nəfər qadının məhkumluq həyatı başa çatıb.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin düputatı Jalə Əhmədova cənab Prezident İlham Əliyevin humanizm prinsiplərinə söykənərək imzaladığı əfv sərəncamının təsirinin daha geniş olduğunu, azadlığa çıxan şəxslərin ailə üzvlərini, yaxınlarını, qohumlarını da nəzərə alsaq minlərlə insana sevinc, xoşbəxtlik hissləri bəxş etdiyini bildirib. Millət vəkili qeyd etdib ki, 213 nəfər insana həyatına yenidən başlamaq imkanı qazandıran bu Sərəncam Azərbaycan Prezidentinin ölkə vətəndaşlarına verdiyi dəyərin, diqqət və qayğının ifadəsidir:
"Çıxışımın sonunda əfv olunan qadınları təbrik edərək onlara yenidən başlayacaqları həyatda bir daha büdrəməməyi arzuladım. Qadınlar, əfv olunduqlarına görə dövlətimizin başçısına sonsuz təşəkkürlərini bildirdilər'.
Jalə Əhmədova ,Əfv Sərəncamının icrasında iştirak edərkən Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində müşahidə etdiyim bir sıra məqamlara da diqqət çəkib:
"İlk olaraq CÇM-də hökm sürən səliqə-sahman, məhkum qadınlar üçün yaradılmış şərait gözümdən yayınmadı. Qadınlarla söhbətimiz zamanı, onlar CÇM-nin rəisi Elgiz İsmailov haqqında ağızdolusu danışdılar, diqqət və qayğı ilə əhatə olunduqlarını bildirdilər. Onlar üçün yaradılan şəraiti, qadın salonu, xalça, şirniyyat sexi, mütaliə etdikləri kitabxananı minnətdarlıqla qeyd etdilər. Həmçinin öz əl işlərini hədiyyə olaraq mənə bağışladılar".
Millət vəkili ümid etdiyini bildirib ki, cənab Prezidentin əfv etdiyi hər bir şəxs bu şansı dəyərləndirəcək və bütün fəaliyyətlərini ölkəmizin inkişafına yönəldəcəklər.
Ruhiyyə