Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Mərkəzinin və Petnjica şəhərindəki Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Petnjica bələdiyyəsində təşkil edilən “Azərbaycan Günü” tədbiri çərçivəsində monteneqro dilində yeni çapdan çıxmış “Qarabağ: Tale hekayələri”, həmçinin ötən il çap olunmuş “Azərbaycanın görkəmli şəxsiyyətləri” və “Müasir Azərbaycan ədəbiyyatı” kitablarının təqdimatı keçirilib.
Newscenter.az Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Mərkəzinə istinadən xəbər verir ki, təqdimatda, professor Velko Cukanoviç, publisist Bojidar Proroçiç və mərkəzimiz üzvü Veselin Jivakoviç çıxış ediblər.
Orta məktəb şagirdləri “Azərbaycanın müasir ədəbiyyatı” kitabından şerlər söyləyiblər. Kitabların nüsxələri Petnjica Mədəniyyət Mərkəzinin və bələdiyyə məktəblərinin kitabxanalarına hədiyyə edilib.