Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi Vəliyeva Mərziyyə Nazim qızı uzun sürən ağır xəstəlikdən vəfat edib.
Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, Mərziyyə Vəliyeva universitetdə oxuduğu müddət ərzində özünü intizamlı, hazırlıqlı, ünsiyyətcil, məsuliyyətli və bacarıqlı tələbə kimi göstərə bilmiş, yoldaşlarının hörmət və rəğbətini qazanmşdır. BSU-nun rəhbərliyi, professor -müəllim heyəti və tələbələri bu acı xəbərdən məyus olduğunu bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Həyatdan vaxtsız köçən tələbəmizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq!
Allah rəhmət eləsin!
Sevinc