Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər psixotrop maddə - metamfetamin aşkar ediblər

Gömrükçülər psixotrop maddə - metamfetamin aşkar ediblər


Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda “DAF” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçərkən saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı vətəndaşın üzərindəki şalvarın sol cibində narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulan, divarlarında naməlum maddə izləri olan şəffaf şüşə kolba və idarə etdiyi avtomobilə məxsus qırmızı rəngli pultun daxilindəki mexanizmi çıxarılaraq, həmin boşluğa yerləşdirilmiş vəziyyətdə bir ədəd selofan bükümdə çəkisi 1,8 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş