"2015-ci ildən bu günə qədər ölkədə 10 mindən çox cinayət işi qeydiyyata alınıb".
Newscenter.az xəbər verir ki, bu bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov deyib.
Onun sözlərinə görə, həmin müddətdə qeydiyyata alınan araşdırma tipli materialların sayı isə 65 mindən çox olub.
M.Dadaşov qeyd edib ki, bu ilin yanvar ayının 1-dən indiyədək İdarəyə 403 hadisə barədə məlumat daxil olub.