Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini İntiqam Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.