Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın hava-desant diviziyalarının bölmələri döyüşdə iştirakdan imtina edib

Rusiyanın hava-desant diviziyalarının bölmələri döyüşdə iştirakdan imtina edib


“Ukraynanın Luqansk vilayəti ərazisindən Rusiyanın 106-cı və 76-cı hava-desant diviziyalarının bölmələri döyüşdə iştirakdan imtina etdikləri üçün Rusiyadakı daimi dislokasiya ərazisinə qayıdıb”.

Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında vurğulanıb.

Bildirilib ki, Rusiya qoşunu Ukraynanın Nikolayev, Tavriya, Kulbakino, Beloy Krinitca, Trudolybka, Blaqodatna, Luça və Topolın rayonları artilleriya atəşinə tutub.

Məlumata görə, Ukrayna müdafiəçiləri Donetsk və Luqansk vilayətləri istiqamətində Rusiya qoşunlarının 11 hücumunun qarşısını alaraq 3 tankını, 5 artilleriya sistemini, 2 zirehli döyüş maşınını, 13 avtomobilini məhv edib. Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri Rusiyanın “Orlan-10” tipli iki PUA-sını sıradan çıxarıb.
Xəbəri paylaş